SİZİN REKLAM BURADA!
055 213 76 73



Aperin 18-i Nizami Kino Mərkəzində “Babək 2020” filminin ikinci “teaser” təqdimatı keçirilib. Film “Azərbaycan Film Akademiyası” tərəfindən istehsal edilir.

BAKU.WS-ə açıqlaması zamanı filmin quruluşçu rejissoru Zaur Tahirsoy bildirib ki, “SSRİ zamanında lentə alınan filmdə mərhum Heydər Əliyevin əvəzolunmaz rolu olub. “Babək 2020” filmini çəkməkdə əsas məqsədimiz Ulu Öndər Heydər Əliyevin mədəni mirasını gənc nəsilə çatdırmaqdır. Çünki klassik Babək filmi müasir gənclərin tələblərinə cavab vermir. Eyni zamanda məqsədimiz “Made in Azerbaijan” brendini film sahəsində də yaratmaqdır. “Babək 2020” filmi qrafikayla qüvvətləndirilməsiylə yanaşı, senarisi Müstəqil Azərbaycan dövlətinin idealogiyasını özündə əks etdirəcək. Filmdə geyim rəssamı əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Art direktoru Türkiyədə “Diriliş Ertuğrul” “Birleşen gönüller”, “Göçebe” və bir çox tarixi filmlərdə quruluşçu rəssamı kimi fəaliyyət göstərmiş Mustafa Ziya Ülkenciler olacaq. Epik janrda olan “Babək 2020” filminin döyüş səhnələrini Qazaxstanın “NOMAD STUNTS” kaskadyor komandası öhdəsinə götürüb.

Qeyd edək ki, “NOMAD STUNTS” kaskadyor komandası bir çox dünyaca məhşur filmlərin döyüş səhnələrini icra ediblər. O cümlədən qardaş Türkiyədə “Diriliş Ertuğrul”, “Mehmed Bir Cihan Fatihi” kimi irihəcmli filmlərin döyüş səhnələrini canlandırıblar. Hal hazırda “Tomris” filminin çəkilişində yaxından iştirak edirlər.”

Peşəkar kaskadyor komandasının action səhnələrini, döyüş səhnələri üzrə quruluşçu operator Elvin Askerov peşəkarlıqla lentə almağı boynuna alıb.
Peşəkar qrafist Famil Əsədov (LİMAF) “Babək 2020” filmində qrafika səhnələrini öz öhdəsinə götürüb. O qeyd edib ki, dünya tələblərinə cavab verən qrafika işi ortaya qoymaq iqtidarındayıq. Film Azərbaycan tarixini dünyaya çatdıracaq potensialda olacaq.

“Babak 2020” filminin PR Meneceri Vüqar Səfərlidir.

Nihat HÜSEYNZADƏ
BAKU.WS