SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün saat 15:00-da Nizami Kinoteatrında “BABƏK 2020” filminin 2-ci teaserinin təqdimatı keçirilib.

BAKU.WS xəbər verir ki, filmin rejissoru Zaur Tahirsoy açıqlaması zamanı bildirib ki, filmdə Babəkin atası rolunda simvolik olaraq köhnə Babək filmində Babək rolunu canlandıran əməkdar artist Rasim Balayev rol alacaq.

Babəkə qarşı ərəblər tərəfindən döyüşən sərkərdə Afşin rolunu isə, hamımızın məhşur Kurtlar Vadisi serialından Memati rolundan tanıdığımız Gürkan Uygun canlandıracaq.

Qeyd edək ki, filmin 2020-ci ildə kinoteatrlara buraxılacağı gözlənilir.

Nihat HÜSEYNZADƏ
BAKU.WS