SİZİN REKLAM BURADA!
055 213 76 73



Avstriya və alman əsilli amerikalı aktyor Arnold Şvartseneqqer ürəyindən əməliyyat olunub.

BAKU.WS xəbər verir ki, 70 yaşlı aktyor Los-Ancelesdə Sedars-Sinay tibbi mərkəzinə yerləşdirilib. Əməliyyatın bir neçə saat davam etdiyi, hazırda keçmiş qubernatorun vəziyyətinin stabil olduğu deyilir.

Qeyd edək ki, məhşur aktyor 1997-ci ildə aorta əməliyyatı keçirib. 2001-ci ildə isə motosiklet qəzası keçirərək qabırğalarını qırıb.

Nihat HÜSEYNZADƏ
BAKU.WS