VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Brüs Uillis “Çətin ölüm” filmi ilə yenidən ekranlarda olacaq…

90-cı illərdə Azərbaycanda “Çətin ölüm” (“Крепкий орешек) filmi ilə tanınan Brüs Uillis əvvəlki 5 seriyada olduğu kimi 6-cında da baş rolu ifa edəcək. O, martın əvvəlində verdiyi açıqlamada ssenarini oxumaq üçün Kaliforniyaya gedəcəyini demişdi.

Lakin son xəbərlər ssenarinin üzərində redaktə işlərinin getdiyini göstərir. Belə ki, daha çox qorxu filmləri yazan, “Cadu” filminin ssenaristləri olaraq tanınan Chad və Carey Hayes əkiz qardaşları filmin ssenarisi üzərində işləmək üçün dəvət olunublar.

6-cı seriya “Çətin ölüm: Birinci il” kimi adlanacaq. Ssenari haqqında detallı məlumat olmasa da, budəfəki seriyanın digərlərindən fərqlənəcəyi deyilir. Brüs Uillisin canlandırdığı cəsur New York polisi Con MakKleynin 1970-ci illərdəki halına, sadə bir polis işçisi olduğu vaxtlara qayıdılacaq və bütün hadisələrin başladığı vaxtlar indiki zamanla birləşdiriləcək. Ssenarinin redakətdən sonra nə qədər dəyişəcəyi ilə bağlı məlumat isə hələ ki, yoxdur.

Qeyd edək ki, 19 martda 63 yaşı olacaq Brüs Uillis bu filmdə ilk dəfə 1988-ci ildə çəkilib. Onun rolunun gəncliyini ifa edəcək aktyor isə hələ məlum deyil, kastinqlər davam edir.

BAKU.WS