SİZİN REKLAM BURADA!
055 213 76 73



Artıq bir neçə ildir ölkədə inkişaf edən film bazarına 2017-ci ilin sonlarına yaxın “Kəklikotu” filmi damğa vurdu.

BAKU.WS-in məlumatına görə, Bakıda Elektra Hall-da təqdimatı keçirilən Cinemazadeh studiyasının istehsal etdiyi “Kəklikotu” komediya filmi böyük marağa səbəb oldu.

Azərbaycanda ilk dəfə olaraq bir filmdə 20-dən çox məşhur iştirak edib. Bununla yanaşı, 5 rejissor – Şeyx Əbdül Mahmudbəyov, Əli-Səttar Quliyev, Samir Qulamov, Aqil M. Quliyev və Kənan MM aktyor qismində filmdə çəkilib.

İzləyicilərin marağına səbəb olan filmin ssenarisi çox bəyənilib.

Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satırlar.

Sən demə, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş. Milyon dollar dəyəri olan bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.

Layihənin baş kordinatoru Zaur Darabzadədir.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.

Məşhurlar film haqqında ilkin təssüratlarını bölüşüblər.

Zümrüd Cavadova, Çinarə Vahabzadə
BAKU.WS