SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin FOX telekanalında yayımlanan “Savaşçı” serialında Azərbaycan, xüsusilə də Qarabağla bağlı kadrlar növbəti dəfə böyük marağa səbəb olub.

BAKU.WS-in məlumatına görə, serialın yayımlanan anonsunda görünür ki, Türkiyə xüsusi təyinatlıları bir qolunda Türkiyə, digər qolunda Azərbaycan bayrağı ilə əməliyyata hazırlaşırlar.

“Bu qardaş olduğumuzun göstəricisidir. Türkiyə və Azərbaycan başda Qarabağ münaqişəsi olmaqla müxtəlif problemlərlə mübarizə aparır. Bu iki dövlət, bu bir millət hər zaman ayaqda duracaq və hədəflərinə çatacaqdır”, - deyə anonsda bəyan edilir.

Serialın Azərbayana həsr olunan bölümü sabah yayımlanacaq.

BAKU.WS