SİZİN REKLAM BURADA!
055 213 76 73



“Kəklikotu” adlı komediya filminin traileri yayımlanıb. 

BAKU.WS-in məlumatına görə, Nigar Camal, Müşviq Şahverdiyev, İslam Mehraliyev və digər məşhur aktyorların çəkildiyi film 21 dekabrdan kinoteatrlarda olacaq. 

Filmdə meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satırlar. Sən demə, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

Filmdə müğənni Nigar Camalın döyüş səhnələrindəki bacarığı da diqqətdən qaçmayıb.

Qeyd edək ki, BAKU.WS “Kəklikotu” filminin informasiya dəstəkçisidir.

Nazim
BAKU.WS