SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Xumar Zülfüqarova ad günündə dünyasını dəyişib. 

BAKU.WS-in məlumatına görə, xoreoqrafiya üzrə sənətkarın ölümü barədə Azərbaycan Rəqs Assosiasiyası məlumat yayıb. O, 90 yaşında həyatını itirib. 

Qeyd edək ki, xalq artisti 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub. 

Xatırladaq ki, xoreoqraf iyulun 2-də 90 yaşını qeyd edib.
 
İman
BAKU.WS