Aktrisa Pərvin Abıyeva tamamilə yeni bir obrazda filmə çəkilib.
 
BAKU.WS xəbər verir ki, bu dəfə aktrisa döyüş filmində çəkilib. Onun rol aldığı yeni film "The Game" adlanır. Film yaxın günlərdə izləyicilərə təqdim ediləcək. Bu barədə aktrisa özü şəxsi insatqram səhifəsində filmin tizerini paylaşaraq məlumat verib.
 
"Bu filmin tamaşaçılar qarşısına çıxmasını çoxdandır gözləyirdim. Çünki həm komediya, həm aksion həmdə döyüş var. Üstəlik özüm üçün də yenilik oldu",- deyə aktrisa filmdən olan video ya şərh verib.
 
Qeyd edək ki, aktrisa Azərbaycanda bir ilk olan qorxu filmində də rol alıb.
 
Aynur Ələkbərova
BAKUWS 
 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ