SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyaca məşhur "Perfect strangers" filminin Azərbaycan versiyası çəkilir.

BAKU.WS xəbər verir ki, bu haqda aktyor Elcan Rəsulov instaqram hesabında paylaşım edib. 

O bildirib ki, film 2017-ci ildən bu günə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkilib. Bu il isə Azərbaycanda çəkilir. Qış aylarında yerli kinoteatrlarda təqdim olunacaq.

Filmdə Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Ziya Ağa, Oqtay Mehdiyev, Günay Əhməd, Fərhad Səmimi, aktrisa Oksana Rəsulova rol alacaq. Ekran işinin rejissorluğunu Vüsal Hacı Qədir edir, ssenarini isə Fariz Əliyev yazıb.

 

BAKU.WS