SİZİN REKLAM BURADA!
055 213 76 73


Görkəmli kinorejissor, Xalq artisti Yalçın Əfəndiyevin 85 illik yubileyi ilə əlaqədar olaraq, müəllifi olduğu iki sənədli film bərpa olunub.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Dövlət Film Fondundan məlumat verilib.

Bildirilib ki, “Bakı haqqında on dəqiqə” və “Yusif Məmmədəliyev” filmləri rejissorun ən uğurlu layihələrindəndir.

“Bakı haqqında on dəqiqə” qısametrajlı sənədli filmi 1966-cı ildə çəkilib. Kinolent müasir Bakı, onun görməli yerləri, tarixi memarlıq abidələrini özündə əks etdirir.

“Yusif Məmmədəliyev” sənədli filmində isə akademik Yusif Məmmədəliyevin mənalı həyat yolu ekranda canlandırılır. Kinolentdə əsas diqqət Yusif Məmmədəliyevin respublikamızda elmin inkişafındakı roluna, yüksək ixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə yönəlib.

Qeyd edək ki, Yalçın Əfəndiyev 2019-cu ildə vəfat edib. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.

BAKU.WS