SİZİN REKLAM BURADA!
055 213 76 73


Rejissor Ceyms Gann “Suicide Squad” filminin ən çətin səhnəsi haqqında danışıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, rejissorun sözlərinə görə, bu Harli Kvinin (Margo Robbi) tutulduğu, bağlı əlləri ilə tavandan asıldığı epizod olub.

Süjetə görə o, mühafizəçini zərərsizləşdirməyi bacarır, bundan sonra ayaq barmaqları ilə açarı çıxarır, özünü yuxarı çəkir və ayağı ilə kilidi açır.
“Bunun Robbi üçün ən çətin iş olacağı gözlənilirdi, amma o, öhdəsindən gələ bildi. Marqo qatlana bilən cib bıçağı kimidir… Onu izlədim və əzabı çəkilişdə ən sevdiyim gün oldu”, - deyə Gann bildirib.

Qeyd edək ki, “Suicide Squad” filminin ikinci hissəsini premyerası avqustun 6-sı baş tutub. Blokbasterdə Margo Robbi, Yuel Kinnaman və Silvester Stallone oynayır.

BAKU.WS
VİDEO