SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 27-də düşmənin təxribatlarından sonra dağlıq Qarabağda başlayan döyüş əməliyyatları davam edir.

Azərbaycan ordusunun addım-addım irəliləməsindən qorxuya düşən ermənilər döyüş postları kimi, işağl altında olan şəhərlərimizdən də kütləvi surətdə qaçmağa başlayıblar.

BAKU.WS-in məlumatına görə, Xankəndidə yenidən həyəcan siqnalı işə düşüb. Şəhərdə qalan insanlar avtomobillərə dolub Yerevanın yolunu tuturlar. 

Şəhərdə məskunlaşdırılan yüzlərlə ailə hər şeyini toplayaraq avtobuslarla Ermənistan istiqamətində üz tutur. Xankəndidə olan rusiyalı jurnalistlər bu barədə məlumat veriblər.

Məlumata görə, şəhərdəki bütün mağazalar, kafelər, ictimai iaşə obyektləri qapılarına qıfıl vurublar. Rabitə yoxdur. Küçələrdə insanları nadir hallarda görmək mümkündür.

BAKU.WS
VİDEO