SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistan mətbuatında Sərsəng su anbarının "qorunması" ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
 
BAKU.WS-in məlumatına görə, KİV yazır ki, Ermənistan polisinin xüsusi bölmələri Qarabağa ezam edilib. Çoxsayda jurnalist və sakinlər xüsusi təyinatlıların avtomobillərlə Qarabağ istiqamətində hərəkət etdiyini bildirir. 

Dağlıq Qarabağda yerləşən Sərsəng su anbarının ətrafında gücləndirilmiş rejimə keçilib. Ermənistan tərəfi bütün qüvvələrini, elit qoşun növlərini Dağlıq Qarabağa göndərir və birlikləri strateji yer olan su anbarının ətrafında cəmləşdirir. 
 
Qeyd edək ki, sözügedən su anbarı vasitəsi ilə ermənilər Azərbaycan tərəfə təzyiq göstərir. Su anbarının imkanlarından istifadə edən ermənilər hətta, Sərsəngdən bir silah kimi də istifadə edə biləcəklərini açıq etiraf edirlər. Bu su anbarının Azərbaycanın nəzarətinə keçməsi isə indiki məqamda çox zəruridir. Qarabağda son əməliyyatlardan sonra ordumuz strateji yüksəklikləri ələ keçirməklə Sərsəng su anbarına bir qədər də yaxınlaşıb.  
 
BAKU.WS