SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Lələtəpə yüksəkliyində dalğnana bayraq paralimpiya üzrə dünya və avropa çempionu İlham Zəkiyevin Avropa Oyunlarında qaldırdığı bayraqdır.

BAKU.WS-in məlumatlına görə, bu barədə İlham Zəkiyev açıqlama verib. 

"Avropa Oyunlarında iyunun 26-da - Azərbaycan Silahlı Qüvvələri Günündə güləşirdim. Cənab prezident boynuma medalı asanda öncə onu bu gün münasibətilə təbrik etdim, sonra onu fəxri kürsüyə dəvət etdim. Sağ olsun, dəvətimi qəbul etdi, mənimlə fəxri kürsüyə qalxdı. Orada ona dedim ki, cənab Ali Baş Komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi, yəni qızıl medalı qazandı. O da məni qucaqlayıb öpdü və dedi ki, Azərbaycan sənlə fəxr edir.

Bu yarışın ardınca Müdafiə Nazirliyinin xətti ilə ön cəbhəyə yollandım. Bildirdilər ki, düşmənlə üz-üzə olan əsgərlər səni görmək istəyirlər. Mən də böyük məmnuniyyətlə təklifi qəbul etdim və iyulda ön cəbhəyə getdik. Şəmkir korpusundan başlayaraq, Murovdağ silsiləsinədək postlarda olduq, orada əsgərlə görüşdük. Goranboya, Ağdama getdik. Sonda qulluq etdiyim Beyləqan - Füzuli istiqamətindəki hərbi hissəyə yollandıq. Orada kəşfiyyatçılarla da görüşdüm. Avropa Oyunlarında dalğalandırdığım bayrağı da özümlə aparmışdım və onlara təhvil verdim. Dedim ki, bu bayrağı mən öz nailiyyətlərimlə idman arenasında dalğalandırdım, sizin də işiniz torpaqlarımızı azad edib, onu Xankəndidə, Şuşada dalğalandırmaqdır. And içib, bayrağı qəbul etdilər və hazırda düşməndən azad olunan Lələtəpədə ucalan bayraq həmin bayraqdır. Mən də əlaqə saxladım ki, sizə bunu Şuşada, Xankəndidə dalğalandırmağı demişdim, Lələtəpədə yox. Bildirdilər ki, İlham, gedirik, inşallah, ora da çatacağıq”, - Zəkiyev qeyd edib.

BAKU.WS