VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Latviya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, "Dauqavpils" "Metta"nı 2:0 hesabıyla məğlub edib.

"Neftçi"nin "Dauqavpils"də icarə əsasında çıxış edən futbolçusu Orxan Qurbanlı matçın 27-ci dəqiqəsində fərqlənərək, komandasının qələbəsinə töhfə verib.
 
Gənc futbolçu hesabı açdıqdan sonra qolunu əsgər salamı ilə qeyd edib. Qurbanlı bu hərəkəti ilə bir müddət öncə Qarabağdakı döyüşdə həlak olan şəhidlərimizi yad edib.
 
Orxan Latviya klubunda icarə əsasında çıxış edən digər "Neftçi"li Mirabdulla Abbasovun ötürməsini qola çevirib.
 
Start heyətində meydana çıxan futbolçulardan Qurbanlı 83-cü dəqiqədə əvəzlənibsə, Abbasov sonadək meydanda olub. Qeyd edək ki, rəqibin heyətində iki erməni futbolçu çıxış edib.
 
 BAKU.WS