SİZİN REKLAM BURADA!
055 213 76 73


Dağlıq Qarabağda vəziyyət nəzarətdən çıxıb. 

BAKU.WS xəbər verir ki, Ermənistan KİV Dağlıq Qarabağda işçi qüvvəsinin çatışmadığını etiraf edir. 

Cəbhədə böyük itkilər verərək geri çəkilən ermənilər Dağlıq Qarabağda da canlı qüvvə axtarışındadır. 

Əli silah tutan hər kəsi cəbhəyə ölümə göndərən separatçı rejim çörək sexlərində, dəyirmanlarda və fabriklərdə həyati vacib ərzaqların istehsalı üçün çalışan işçi qüvvəsi tapa bilmir. 

Separatçı rejim əhaliyə müraciət edərək kömək etməyi xahiş edir. 

Bu vəziyyət bir neçə gündə düşmən tərəfin necə aciz vəziyyətə düşdüyünü gözlər önünə sərir. 

BAKU.WS