SİZİN REKLAM BURADA!
055 213 76 73


“Çırpınırdı Qara dəniz” ifası ilə məşhurlaşan azərbaycanlı müğənni Azərin sosial şəbəkə hesabında paylaşım edib.

BAKU.WS xəbər verir ki, ifaçı cəbhədə gedən şiddətli döyüşlərdən bəhs edib. O daha sonra göz yaşları içərisində Türkiyə dövlətinə və xalqına göstərdikləri birliyə görə təşəkkür edib:

“Allah ordumuza güc versin. Azərbaycanın yanında olan Türkiyədən, “Qardaşlarımızla çiyin-çiyinə doyüşmək istəyirəm” deyən qardaşlarımız, Allah sizdən razı olsun. Azərbaycanın təkbətək Ermənistanı yıxma gücü var.

Gözəl xəbər aldıq ki, 6 kəndimiz işğaldan azad olunub. Üzr istəyirəm, göz yaşlarıma hakim ola bilmədim. Bunlar sevinc göz yaşlarıdır. Şəhidlərimizin ruhu şad olsun! Qəzan mübarək, Azərbaycan!”

Azərin daha sonra məşhur mahnısını (“Çırpınırdı Qara dəniz”) Qarabağda oxunmasını arzu edib.

BAKU.WS