"Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi haqqında qərar, yalnız regionda siyasi qərar verildikdən sonra qəbul edilə bilər".
BAKU.WS-in məlumatına görə, bunu Rusiya Federasiyasının ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
Onun sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün lazımi prosedur çoxdan hazırlanıb: "Ancaq prosesin hansı formatlarda həllinin mümkünlüyünü müzakirə etmək lazımdır."
A.Lukaşeviç bildirir ki, əgər sülhməramlıların Qarabağa yerləşdirilməsi məsələsi ciddi şəkildə gündəmə gələrsə, əlbəttə, regionda sülh əməliyyatı həyata keçirmək mümkündür.
BAKU.WS