VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında başlayan qarşıdurma dünya ictimaiyyətinin gözünü Qafqaza çevirdi. Dünyanın gözünü Qafqaza çevirməsinin əsas səbəbi isə Dağlıq Qarabağ münaqişəsi deyil. Bu marağın əsas səbəbi Qafqazın qlobal enerji ticarəti baxımından əhəmiyyətli olmasıdır.

Azərbaycan neft və təbii qazını Qafqaz üzərindən qərbə doğru daşıyan iki boru xətti Dağlıq Qarabağ bölgəsindən keçməkdədir. Bölgədə qarşıdurmaların artması bu boru xəttlərini təhlükəyə ata bilər. Bununla yanaşı, münaqişənin qızışması Avropanın Rusiyanın enerji qaynaqlarına asılılığını azaltmaq ümüdinə də zərbə vurur. Hərbi əməliyyatların başlaması Ermənistana hərbi dəstək verən Rusiyanı və Azərbaycanla hərbi əməkdaşlıq edən Türkiyəni qarşı-qarşıya gətirə bilər. Bu isə onsuz da Suriya məsələsinə görə əlaqələri gərgin olan Türkiyə və Rusiya arasında yeni gərginliyə səbəb ola bilər.

Xəzər dənizi zəngin neft və qaz rezervləriylə Avropaya enerji ixrac etmək istəyən ətraf ölkələrin mərkəzi nöqtəsi halına gəlir. Xəzərdən enerji ixracatını mümkün edən iki marşrut var: biri şimal-şərqdə Rusiya üzərindən, digəri də cənub-şərqdən Qafqaz üzərindən. Bununla birlikdə, şimalda Rusiya üzərindən gedən boru xətti Avropanın bir gün Moskvaya enerji asılılığından xilas olma istiqamətindəki arzuları üçün yetərli deyil. Avropa Birliyinin enerji asılılığından duyduğu məmnunsuzluq Rusiyanın, Gürcüstan və Ukrayna kimi ölkələrdə də göründüyü kimi, enerjini bir diplomatik vasitə olaraq istifadə etməsiylə gedərək artır. Son zamanlar baş verən qiymət anlaşılmazlıqları Ukraynaya gedən enerjinin kəsilməsinə və Şərqi AB ölkələrinə nəql olunan enerji axışında azalmaya səbəb oldu.

Buna görə Avropa, Xəzər enerjisini Qafqaz üzərindən Avropaya daşıyan boru xəttinə çox əhəmiyyət verir və gələcəkdə bənzər boru kəmərlərinin inşasını ümid edir. Ancaq Dağlıq Qarabağda yaşanan qarşıdurma yekunlaşmazsa Avropanın bu ümidləri də suya düşmüş olacaq. Dağlıq Qarabağda baş verən qarşıdurmalar Xəzər enerjisini Avropaya nəql edən iki boru xəttinə də təsir edəcək. Bu boru xəttləri Azərbaycan və Türkiyə üçün həyati əhəmiyyətə malik olması ilə yanaşı, Avropa dövlətləri və qlobal iqtisadiyyat üçün də böyük əhəmiyyət kəsb edir.

Qarabağda qarşıdurmaların davam etməsi halında, Azərbaycan ola biləcək təhlükə qarşısında təhlükəsizlik səbəbiylə boru xətlərindən enerji axışını bağlayacaq. Enerji axınının dayandırılmasının Avropa üzərindəki ən böyük təsiri neft nəqlinin dayandırılması olacaq. Bakı-Ceyhan boru xətti, gündə 1 milyard barrel neft nəql edir. Axının kəsiləcəyi təqdirdə xam neft idxalatının 35%-ini Rusiyadan alan Avropa üçün böyük xəyal qırıqlığı olacaq. Avropa enerjidə Rusiyadan asılılığını azalda bilmədiyi məqamda, neft qiymətlərinin də müharibə şəraitində bahalaşması qaçılmaz olacaq. 

Təbii qaza, eyni neftdən olduğu kimi asılı olan AB üzvü ölkələr Xəzərdən nəql olunacaq mavi yanacaqla Rusiya asılılığından xilas olmaq istəyir. AB, Cənubi Qaz Dəhlizi vasitəsi ilə 2020-ci ildə Cənub və Mərkəzi Avropa ölkələrinə 10 milyard kubmetr təbii qaz nəql olunacaq. Ancaq Qafqazda münaqişələrin davam etməsi hər hansı bir yeni boru xətti layihəsinə maliyyə yönəldilməsini riskli hala gətirir.
 

  

Dağlıq Qarabağda yaşanan qarşıdurmalar problemin qonşu ölkələrə sıçrayış təhlükəsini özündə saxlayır. Azərbaycan və Türkiyə 2010-ci ildə hərbi əməkdaşlıqla bağlı sənədlər imzalayıb. İki tərəfdən hansısa biri hərbi təhdidlə qarşı-qarşıya qalsa digəri "bütün imkanları istifadə edərək" hərbi dəstək göstərə biləcək. Azərbaycan təhlükə yaranacağı təqdirdə Türkiyə müharibəyə girəcək. Rusiya da belə bir vəziyyətdə Ermənistan tərəfində döyüşə girəcək. Çünki 1992-ci ildə Rusiya və Ermənistan arasında imzalanan Daşkənd Kollektiv Təhlükəsizlik Müqaviləsi belə bir müdaxiləyə imkan yaradır. Nəticədə Rusiya ilə Türkiyə arasında böyük bir mahribə alovlanacaq. Rusiyanın hal-hazırda Ermənistanda yerləşən 102-ci hərbi bazasında 5.000 hərbçisi var. Rusiya Ermənistana verdiyi bu dəstəklə Qafqazın hələ öz təsiri altında olduğunu ortaya qoymaqdadır.
 
Şahin Həbibov
BAKU.WS