VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Təmas xəttində qarşılıqlı razılaşma ilə hərbi əməliyyatlarının dayandırılmasından sonra Azərbaycan xalqı küçələrə axışıb. 
 
BAKU.WS-in məlumatına görə, ölkənin müxtəlif şəhər və rayonlarında insanlar Azərbaycan bayraqları ilə küçələrə axışaraq "Qarabağa azadlıq" şüarı səsləndiriblər. 
 
Ordumuzun gücünə arxanalan əhali Qarabağın düşmən işğalından azad olunmasını istəyir. Bu yolda ölümü belə gözə alan vətəndaşlarımız səfərbərlik olunmasını arzu edir. Ermənistanın cəbhə xəttindəki təxribatına artıq susmaq istəməyən xalq düşmənə daha da sarsıdıcı zərbələr vurulmasını tələb edir.
 
25 ildir qələbəyə susayan millətimiz doğma dədə-baba torpaqlarına, Qarabağa qayıtmaq istədiklərini bildirirlər. 

BAKU.WS