SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Öncə ermənilər 5 bölgəni boşaltmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaradılmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir".
 
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov "Anadolu" agentliyinə açıqlamasında deyib. İkinci mərhələdə digər iki rayon - Laçın və Kəlbəcər qaytarılmalıdır. 

O qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir, amma daha 20 il gözləmək istəmir. Nümayəndə mərhələli bir həll yolunun olduğunu qeyd edib. 

ATƏT-in iclasından sonra açıqlama verən nümayəndə qurum çərçivəsində qəbul edilmiş qərarların buna imkan verdiyini deyib. ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında mərhələli həll yolu mövcuddur. O, Ermənistan tərəfinin müzakirə masasından qaçdığını da qeyd edib. 
 
"Toplantıda Azərbaycanın ərazi bütövlüyünə hörmət, Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsi və danışıqlar masasına qayıtmaq kimi məsələlər müzakirə edildi. Sülh imkanı - Ermənistanın hələ də bir şansı var. Biz danışıqların tərəfdarıyıq. Amma ermənilər danışıqlardan qaçırlar, çünki hazırkı vəziyyətdən məmnundurlar. Onlar azərbaycanlıları yox etmək istəyilər. Buna göz yuma bilmərik. Ərazi bütövlüyümüzü heç kimə güzəştə gedə bilmərik.  Ermənistanın öz ərazisi var və biz onlara bizim torpaqlarımızda ikinci Ermənistan yaratmağa imkan vermərik". 
 
BAKU.WS