VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağdakı gərginliklə bağlı bəyanat yayıb. BAKU.WS-in məlumatına görə, qurum münaqişə tərəflərini güc tətbiqini dayandırmağa çağırıb. 

"Biz, ATƏT-in Minsk qrupunun həmsədr və üzv ölkələrinin nümayəndələri (Rusiya, ABŞ, Fransa, Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç, Türkiyə), eləcə də 2017-ci ildə ATƏT-in gələcək sədri Avstriya və əvvəlki (2015) sədri Serbiya qoşunların təmas xətti boyunca görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyirik. Biz zərərçəkmiş ailələrin hər birinə başsağlığı veririk. Tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq. Münaqişənin hərbi həlli yoxdur", - bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, yerlərdə vəziyyətin pisləşməsi münaqişənin hərtərəfli tənzimlənməsi üçün həmsədrlərin himayəsi altında danışıqların dərhal aparılmasının zəruriliyini təsdiq edir: "Minsk qrupunun üzv ölkələrinin nümayəndələri rusiyalı, amerikalı və fransalı həmsədrlərin səylərinə dəstəyini təsdiq edirlər və onların tərəflərlə mümkün olduğu qədər tez, birbaşa məsləhətləşmələr keçirmək planlarını alqışlayırlar".
 
BAKU.WS