SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan tərəfi itkilərini açıqlamaqda davam edir.
 
BAKU.WS-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi daha 4 həlak olmuş hərbi qulluqçunun adını açıqlayıb. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, kiçik serjant Sarkisyan Vrej Vardanyan (26 yaş), Abraamyan Arutün Oqanes (31 yaş), Sloyan Kyaram Kalaeviç (20 yaş), Asatryan Ağasi Sarmenoviç (20 yaş) döyüşlər zamanı öldürülüb.  
 
Qeyd edək ki, bundan öncə təmas xəttində məhv edilən əsgərlərin adları da açıqlanıb: mayor Torosyan Ayk Vaqan (1985), baş leytenant Stepanyan Merujan Artur (1993), kiçik serjant İskandaryan Ruben Aşot (1993 ).
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.
 
BAKU.WS