SİZİN REKLAM BURADA!
055 213 76 73


"Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbir keçirilməsini təklif edirəm".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

O bildirib ki, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir: “Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımı da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm, xanım sədr, siz də bu məsələni qaldırasınız”.

BAKU.WS