SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artistləri Qurban İsmayılov və Həmidə Ömərova Xocalı faciəsinə həsr olunan filmdə rol alıblar.

BAKU.WS xəbər verir ki, “Həsrət” adlanan ekran işində iki yaşlı məcburi köçkün şəhid olmuş oğlunun məzarını və doğma torpaqlarını ziyarət etmək üçün hər il yola düşürlər. Lakin bu ziyarəti bir neçə kilometr uzaqdan edib geri qayıdırlar.

Ekran işində həmçinin Əməkdar artistlər Elnur Kərimov, Rasim Cəfər, aktrisalar Zülfiyyə Qurbanova və Mənsurə Əhmədova da rol alıb.

Qeyd edək ki, filmin ssenarisi Rüfət Şahbazova məxsusdur, baş prodüseri Amiran Babayevdir.

BAKU.WS
VİDEO