SİZİN REKLAM BURADA!
055 213 76 73


Erməni hərbi birləşmələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, alov Ağdamın işğal altında olan Güllücə kəndi ərazisində meydana gəlib.

Kəndin ərazisində başlayan yanğın daha sonra xarabalığa çevrilən digər ərazilərə yayılıb. Hazırda yanğın həmin istiqamətdəki bütün yaşayış məntəqələrindən müşahidə olunur. 
BAKU.WS