SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəzi rayon idarələrinin ləğv olunduğunu elanedib.

BAKU.WS FED.az-a istinadən xəbər verir ki, nazirlikdən 11 iyul 2019-cu il tarixli 577/ü nömrəli əmrlə Zəngilan Rayon Ekologiya və Təbii Sərvətlər İdarəsi, Qubadlı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Şuşa Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ləğv edilib.

«Yaranmış debitor və kreditor borclara dair müvafiq qaydada Ətraf Mühitin Mühafizəsi Departamentinə müraciət etməyinizi Sizdən xahiş edirik»-deyə nazirliyin açıqlamasında bildirilir.
BAKU.WS