SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan Baş baziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə nizamlanması üçün aparılan danışıqlar prosesinə əks bəyanatla çıxış edib.

BAKU.WS “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, Qarabağda hələ də müharibənin bitmədiyini və Ermənistanın öz silahlı qüvvələrinin hazırlıq səviyyəsini artırmalı olduğunu söyləyib.

Paşinyan qeyd edib ki, Qarabağda aktiv döyüşlər hər an başlaya bilər.

Qeyd edək ki, bu gün Vaşinqtonda Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında görüş baş tutacaq.

Fərid ƏDALƏT
BAKU.WS