SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında genişmiqyası hərbi təlimlərə stat verib.

BAKU.WS tert.am-a istinadən xəbər verir ki, təlimlərə 10 min hərbiçi, 200-dən çox artilleriya qurğusu, 150 zirehli texnika, 50-dən çox hava müdafiə sistemi və digər hərbi vasitələr cəlb edilib.

Hazırda erməni ordusunun təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.

Məlumata görə, təlimlər 20 iyuna qədər davam edəcək.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda görüşə hazırlaşdığı bir vaxtda bu təlimlərin keçirilməsi birmənalı qarşılanmayıb.
Politoloq Elxan Şahinoğlu bildirib ki, düşmən hərbi təlimləri vasitəsilə zəif olmadığını bizə göstərməyə çalışır:

“Vaşinqton görüşü növbəti başaldatmadan başqa bir şey deyil. Bizim vəzifəmiz isə düşmənin işğal altındakı təlimlərinə baxmayaraq, hərbi təzyiqi artırmadır”.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO