055 213 76 73
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
O qeyd edib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasında Türkiyə Silahlı Qüvvələrinin rolu böyükdür:
“Dilimiz və dinimiz bir olan Türkiyənin təcrübəsindən hər gün bəhrələnirik və təlimlərdə istifadə edirik”.
Z.Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə belə münasibət bildirib:
“Bircə onu deyə bilərəm ki, David Tonoyan yalan danışır. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət ötdükdən sonra onlar itkilərini açıqlayacaqlar”.
BAKU.WS