VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini prioritet hesab edir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeonun Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent “Atlantic Council”də çıxışı zamanı deyib.

O bildirib ki, ölkəsi əvvəli kimi Minsk prosesinə sadiqdir:

“Biz hesab edirik ki, bu münaqişənin həlli Azərbaycan və Ermənistanın təhlükəsizliyi və çiçəklənən gələcəyi üçün çox vacibdir. Həmkarım, amerikalı həmsədr Endryu Şofer bu yaxınlarda digər həmsədrlərlə birlikdə yüksək və nazirlər səviyyəsində görüşlərin təşkilini davam etdirmək üçün regionda səfərdə oldu. Biz bu uzunmüddətli münaqişənin həlli ilə bağlı səylərimizi güc tətbiq etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında davam etdirəcəyik”.
BAKU.WS