SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Azərbaycanən işğal edilmiş Dağlıq Qarabağ ərazisində, Ağdərə istiqamətində erməni əsgər Sipan Melkonyan ölüb.

BAKU.WS Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni hərbi qulluqçu iyunun 1-də, yerli vaxtla 07:30 radələrində postda vurulub.

Qeyd edək ki, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

BAKU.WS