VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov dəfn edilib.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, A.Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

***12:30***

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi dəfn edilməsi üçün Qax rayonuna gətirilib, daha sonra Lələpaşa kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Qax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, şəhid mayor Aqil Omarov ailəli olub və iki oğlan övladı var.

***12:30

Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlunun dəfn mərasimi keçirilir.

BAKU.WS xəbər verir ki, 36 yaşlı şəhid Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılır.

Mərasimdə Müdafiə Nazirliyinin və digər qurumların rəsmiləri, eləcə də yüzlərlə yerli sakin iştirak edir.

Qeyd edək ki, A.Omarov ailəli olub, iki övladı var.

BAKU.WS
VİDEO