SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real" televiziyasında Qarabağ müharibəsini əks etdirən kadrlar yayımlanıb.

“Mir Şahinin vaxtı"nda Qarabağ müharibəsi ilə bağlı 1992-1993-cü illərə aid heç yerdə yayımlanmayan nadir videokadrlar göstərilib. Videogörüntüləri jurnalist Mir Şahinin qonağı, hərbi operator İlham Ələkbərov təqdim edib. Söhbət əsnasında kadrların Buzovna qəsəbəsində - məcburi köçkünlərin məskunlaşdığı yataqxanada, Ağdərə və Kəlbəcər rayonlarında çəkildiyi məlum olub.

Kadrlarda mərmi düşməsi nəticəsində yaralanan əsgərlər, qana bulaşmış silahları yığan operator, əl-ayağını yara basmış şəxsi heyət, təcrübəsizlikdən şikayətlənən zabitlər əks olunub.

Mir Şahin Ağayev mövzuya girişi bu sözlərlə başlayıb: "Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması. Ən yaxın tarixin təqdimatına başlayırıq. Tariximizin qızıl fondu Real Təhlil və İnformasiya Mərkəzində. Özünü gələcək kimi göstərənlərin əslində keçmiş olduqlarını gözlərinizlə görəcəksiniz".
BAKU.WS
VİDEO