SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın gələcək döyüş fəaliyyəti öz torpaqlarını düşməndən azad etməsi ilə bağlıdır.

Bunu REAL-a müsahibəsində ehtiyat polkovnik, hərbi ekspert Şair Ramaldanov Ermənistan tərəfinin Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlərdə istifadə etdiyi silahların daha çox hücum xarakterli olmasından narahatlığını şərh edərkən dedi.

Qeyd edək ki, prezident, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.

Təlimlər mayın 24-dək davam edəcək.
BAKU.WS
VİDEO