SİZİN REKLAM BURADA!
055 213 76 73


Yasamal rayonu 173 saylı orta məktəbdə şəhid zabit Nəcəfov Vüqarın (30.04.1984-16.05.2008) anım mərasimi keçilib. 

BAKU.WS  xəbər verir ki, tədbirdə iştiraki edən şəhidin qardaşı, polis baş leytenantı Nəcəfov İlqar Vüqarla bağlı xatirələrini bölüşüb. 

Bu məktəbin məzunu olan Vüqar Nəcəfov daha sonra hərbi təhsil alıb. Əslən Füzuli rayonundan olan şəhid zabit, xidmət üçün birbaşa cəbhə bölgəsinə yollanıb.

Gənc zabit ömrünün 24-ci baharında vətən torpaqlarının müdafiə uğrunda həlak olur. Doğum günündən 16 gün sonra ən uca zirvəyə, şəhidlik məqamına yüksələn Vüqardan xatirə kimi təhsil aldığı məktəbdə xüsusi güşə qalıb. Təhsil aldığı məktəbin kollektivi hər il olduğu kimi bu ildə şəhidin ad günü ərəfindən onun anım tədbirini keçirib. 

Bədii hissədə Vüqar Nəcəfovun döyüş yolundan, onun həyatından bəhs edən tamaşa nümayiş olunub. Daha sonra Qarabağ müahiribəsindən, son olaraq isə aprel hadisələrində ordumuzun şücaətindən söhbətlər açılıb. Qarabağ uğrunda döyüşlərdə iştirak edən qazilər ordumuzdan şəhid zabitlə bağlı xatirələrindən bəhs ediblər. 

Şəhidin tədbirdə çıxış edən ailə üzvləri övladlarına olan diqqət və hörmətə görə, məktəb rəhbərliyinə təşəkkür ediblər. Təhsil ocağınında və ümumiyyətlə gənc nəslin vətənpərlik ruhunda tərbiyyə olunmasında belə görüşlərin və anim mərasimlərinin keçirilməsinin təqdirə layiq hal olduğu vurğulanıb.
BAKU.WS
QALEREYA