SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta virtualaz.org-a verdiyi müsahibədə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarılması üzrə yeni addımlar “birmənalı şəkildə zəruridir”.

Amerikalı diplomat iddia edir ki, ABŞ hər iki liderin sülh təşəbbüslərinin inkişaf etdirilməsinə tam dəstək göstərməyə hazırdır.

Lakin Ermənistan rəhbərliyinin bəyanatları göstərir ki, Yerevan münaqişənin tənzimlənməsi üçün hər hansı yeni təşəbbüsü qəbul etməyə hazır deyil. Rusiya nəşrinə müsahibəsində baş nazir Nikol Paşinyan bildirib ki, Dağlıq Qarabağ məsələsini bir günə, bir aya, hətta bir ilə həll etməyin mümkün olduğunu düşünənlər bu problem barədə real təsəvvürə malik deyillər.
BAKU.WS