VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Güneyli soydaşlarımız Xocalı soyqırımının ildönümü ərəfəsində İrana səfər edən Ermənistan baş naziri Nikol Paşinyanın yerli ermənilərlə “Ararat” klubunda keçirdiyi görüşdə Qarabağın Ermənistana aid olması ilə bağlı səsləndirilən şüarlara şacav veriblər.

BAKU.WS-in məlumatına görə,  görüşdə “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılması güney azərbaycanlıların etirazına səbəb olub. Güneyli soydaşlarımız bununla bağlı sosial şəbəkələrdə İran rejimi və işğalçı ölkəyə öz etirazlarını bildirib, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu vurğulayıblar. Soydaşlarımız “Xocalı qətliamının ildönümündə Paşinyanın İrana dəvət olunmasını qınayırıq” yazılmış banner nümayiş etdirməklə Güney Azərbaycanın İranla Ermənistan arasında olan dostluq münasibətindən narahat olduğunu islam cümhuriyyəti və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyiblər.

O cümlədən, güneylilər Tehranda ermənilərə məxsus “Ararat” klubunun divarlarına “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarını yazmaqla işğalçılar qarşısında daim ana vətənin keşiyində duracaqlarını nümayiş etdiriblər.

Həmçinin Təbrizin “Traktor” futbol klubu ilə İsfahanın “Sepahan” komandası arasında keçirilən görüşdə də Dağlıq qarabağın Azərbaycan torpaqları olmasına dair şüarlar səsləndirilib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda səfərdə olarkən erməni icması ilə “Ararat” klubunda görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır və Son” yazılmış plakatın qaldırılmasına İranın icazə verməsi güneyli soydaşlarımızın narazılığına səbəb olub.

BAKU.WS