Erməni hökumətinin başçısı Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev dünən Tvitter sosial şəbəkəsində Qarabağ münaqişəsinin nizama salınmasının perspektivləri haqda iki maraqlı mesaj yazıblar.

BAKU.WS
virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan və erməni liderləri yazıları təxminən eyni vaxtda qoyublar.


Qarabağ münaqişəsinin sülh nizamlanması Ermənistanın əsas prioriteti olaraq qalır. Bunu Twitter-dəki mikrobloqunda respublika baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan yazıb.


"Biz regionda sabitlik və sülh naminə nizamlanmanın sülh prosesini davam etdirəcəyik. Nizamasalma bütün tərəflərdən səylər tələb edir", - deyə Paşinyan vurğulayıb.


Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yeni impuls verəcək.


"2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə yeni impuls verəcək", - deyə cümə günü İ.Əliyev Twitter-dəki mikrobloqunda qeyd edib.


BAKU.WS