VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycanla kompromislərə getməlidir.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki. bunu erməni mətbuatına müsahibədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.

Səfir ümid etdiyini bildirib ki, Ermənistanın daxil olduğu keçid dövrü ölkənin hansı variantlarının olduğu və nəyə hazır olduğu barədə müzakirələrə gətirib çıxaracaq. Səfir indiyədək eşitdiklərinin narahatlıq doğurduğunu deyib:
“Mən birinci dəfə ölkəyə gələndə təəccüblənmişdim ki, ermənilərin böyük hissəsi işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırlar”.

ABŞ səfiri xatırladıb ki. torpaqların qaytarılması Madrid prinsiplərinin əsas müddəalarındandır.

Səfir bir daha vurğulayıb ki, istənilən nizamlama işğal olunmuş ərazilərin müəyyən hissəsinin qaytarılmasını zəruri edəcək.

BAKU.WS