SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan ilin sonuna qədər yenidən görüşəcək.

BAKU.WS 
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu gün İrəvanda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

O, deyib ki, böyük ehtimalla, ilin sonuna kimi XİN rəhbərlərinin görüşü baş tutacaq.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan sonuncu dəfə sentyabrın 26-da Nyu-Yorkda görüşüb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə ediblər. 

Görüş ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endrü Sxofer (ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutmuşdu. Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edib.

BAKU.WS