SİZİN REKLAM BURADA!
055 213 76 73




Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Məşğələlər zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.

BAKU.WS