SİZİN REKLAM BURADA!
055 213 76 73



Erməni bloqer Vlad Mosesov özünün "Youtube" kanalında "Magashow" verilişi üçün Azərbaycandan reportaj hazırlayıb.

BAKU.WS xəbər verir ki, erməni milliyətindən olan bloqer Azəörbaycana vətəndaşı olduğu Belorus pasportu ilə gəlib.

Onun milliyəti pasportda erməni yazılıb. Hansıki erməni milliyətindən olan şəxslər ölkəmizə rahat şıəkildə daxil ola bilməzlər. Eləcə də, bir azərbaycanlı Ermənistan ərazisinə girərsə, onu ən yaxşı halda Dilqəm və Şahbazın taleyi gözləyir.   

Vlad Mosesov Bakı ilə yanaşı bir neçə rayonu, eləcə də vaxtilə valideynlərinin yaşadığı Gəncəni gəzib. Sadə insanlarla sıx ünsiyyətdə olub və bunların hər biri onun reportajında yer alıb. Hətta məlum hadisələrdən sonra erməni ailələrin tərk etdiyi evlərin aqibətilə bağlı Gəncədə sorğu da keçirib.  



Bloqer Azərbaycandan hazırladığı reportajdan sonra Ermənistana, oradan da Qarabağa səfər edib. Ermənistan mediasının diqqətini çəkən bloqer qısa müddətdə ölkədə ulduza çevrilib.

Siyasi qurumlar onun bu səfərlərinə siyasi don geyindiriblər. Bundan narahat olan bloqer video-müraciət ünvanlayıb. O, münaqişəyə cəlb edilməsini pisləyib: "Mən bütün münaqişələrin bitməsinin tərəfdarıyam və istəyirəm ki, insanlar açıq səma altında sülh şəraitində yaşasınlar. Çünki nifrət bizi içəridən çürüdür. hamınızı qucaqlayıram".



Zülfiyyə Qurbanova
BAKU.WS