SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 11 iyul tarixində Brüsseldə görüşü keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) BAKU.WS-ə daxil olan məlumata görə, görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endrü Sxoferun (ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Məlumata əsasən, görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

BAKU.WS