SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün mayın 14-dən etibarən Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələri ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərində operativ-taktiki təlimlər başladıb. Bu təlimlər Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə formalaşdırılan yeni hökumətin işə başlamasından bir neçə gün sonraya təsadüf edir.

Təlimləri izləmək üçün Ermənistan silahlı qüvvələrinin Baş qərargahının rəisi Movses Akopyan işğal altındakı ərazilərə gəlib. Təlimlərin ssenarisinə əsasən düşmən qüvvələri rəqibin güclü atəş təsiri altında müdafiə döyüşləri aparır, bununla da “köməyə gələn qüvvələrə əks hücuma keçib ön xətti bərpa etmək üçün” vaxt və imkan qazandırır.

Bildirilir ki, təlimlərdə bir sıra yeni silahlar da tətbiq edilib.

Bundan əvvəl Azərbaycan müdafiə naziri ordunun yüksək vəzifəli şəxsləri ilə müşavirə keçirmişdi və təmas xəttində düşmənin hər hansı mümkün təxribatlarının qarşısının alınması üçün tapşırıqlar verilmişdi. Müdafiə naziri Zakir Həsənov Ermənistanın yeni hakimiyyətinin Qarabağa dair populist bəyanatlarına cavab olaraq xəbərdarlıq etmişdi ki, Azərbaycan ordusu irimiqyaslı döyüş əməliyyatlarına başlamağa tam hazırdır.

İndi işğalçı qüvvələrin Azərbaycan ərazilərində Ermənistandan da əlavə hərbi hissələr cəlb olunmaqla keçirdiyi təlimər də yəqin ki, cavabsız qalmayacaq.

Virtualaz.org
BAKU.WS