VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistan mətbuatında guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə yayılan məlumatla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən sorğuya cavab bildiriblər.

BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu məlumatlar həqiqəti əks etdirmir.

“Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

BAKU.WS