SİZİN REKLAM BURADA!
055 213 76 73



Hərbi strateji əhəmiyyətə malik olan Lələ təpəyə Azərbaycan bayrağının sancılma anının görüntüsü yayılıb.

BAKU.WS-in məlumatına görə, düz iki il əvvəl qəhrəman hərbçilərimiz Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən Lələ təpədə bayrağımızı dalğalandırdı. 

Qanı bahasına bayrağımızı işğaldan azad olunan ərazilərdə dalğalandıran hərbçilərimiz bizə qürur hissi yaşatdı. 

Qeyd edək ki, hərbi strateji əhəmiyyətə malik olan təpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11-12-də döyüş yerlərindən biri olub. 2 aprel 2016-cı il aprelində Lələ təpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Abbas
BAKU.WS