VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Baş idarə, idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növləri komandanları, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər və döyüş sərəncamları çatdırılıb.

Müdafiə naziri təlimlərdə iştirak edən rəhbər heyətin məruzələrini dinlədikdən sonra müvafiq tapşırıq və göstərişlərini verib.

BAKU.WS