SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Epress nəşri erməni ordusunun müddətli hərbi qulluqçusunun Gürcüstanda tanış olduğu dostuna - Azərbaycan əsgərinə ünvanlanmış məktubunu dərc edib.

BAKU.WS-in məlumatına görə, virtualaz.org-un Ermənistan bürosu bildirir ki, məktubda deyilir: "Məni orduya çağırdılar və iki il məndə nifrət oyadan yerdə olacağam. Biz ölkələrimizin münaqişəsi haqqında çox danışırdıq və səndə bütün bunlara mənim baxışlarım haqda ümumi fikir var. Beləliklə, sənə yazıram ki, xatırlayasan. Bir çox millətçilərin, nasistlərin, psevdopatriotların və başqalarının içərisində, həmçinin mən də xidmət edirəm. Və sən erməni milləti (dolaşıq yazılıb-red.) və erməni ordusu haqqında nə eşitsən də, bil ki, mən də oradayam. Böyük nifrətlə və seçim haqqı əlindən alınmış vəziyyətdə”.

Hərbçinin qeyd etdiyi kimi, ona təskinlik verən yeganə məqam odur ki, iki ildən sonra azad olacaq və onda üzərində "boynuna dolanmış heç bir borc” qalmayacaq.

"Uğurlar sənə, qardaş və bil - bizim kimiləri az deyil!" – deyə erməni əsgəri azərbaycanlıya yazdığı müraciətini tamamlayıb.
 
BAKU.WS